Oktyabr ayının 20-si saat 18:00-da, Muzey Mərkəzinin 4-cü mərtəbəsində yerləşən İncəsənət Qalereyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Bibliya Cəmiyyətinin təşəbbüsü ilə, Fotoqraf Şahin Yüksəl Sərkərovun “İsa Məsihin Həyat Tarixi” adlı foto sərgisinin açılışı baş tutub.

Sərgidə Şahin Sərkərovun müəllifi olduğu 60-a yaxın fotoları nümayiş etdirilir.

Sərgi başlamazdan əvvəl “Novruz Off” şirkətinin rejissoru Rəhman Novruzovun “İsanın Həyatı layihəsinin izi ilə” filminin təqdimatı olub.

Başlamaq :
Giriş
Səyavuş Heydərov
Rasim Xəlilov
Şahin Yüksəl Sərkərov

“İsanın həyatının layihəsinin izi ilə” filminin təqdimatı.

Fotosərginin sonunda furşet ziyafəti olub.

21 və 22 oktyabrda sərgiyə giriş pulsuzdur.

Sərgi haqqında ətraflı buradan oxuyun: https://www.trend.az/life/culture/3815065.html