Azərbaycanda Beynəlxalq Bibliya Günü qeyd olundu.
23 Noyabr 2023 il tarixində Yevangelik Xilaskar Lüteran kilsəsində Azərbaycan Bibliya Cəmiyyətinin təşəbbüsü ilə, Vineyard Azərbaycan Xristian Dini İcmasının təşkilatı dəstəyi ilə Beynəlxalq Bibliya Günü keçirilmişdir.
Tədbirdə Respublikanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, kimi dövlət qurumları da iştirak etmişdir.

Həmçinin Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının Mətbuat Katibi, Müqəddəs Arxangel Mixayıl kilsəsinin Xoru, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının Yepiskopu, Yevangelik Xilaskar Lüteran dini icmasının sədri və digər yerli icmaların sədrləri iştirak etmişdir. O cümlədən, Azərbaycanda yaşayan nitq eşitmə qabiliyyəti tam məhdud şəxslərin icması da iştirak etmişdir.
Tədbirdə ilahilər səsləndi, Azərbaycan üçün dualar oxundu.










