Hər kəsin sevgiyə ehtiyacı var, hamı həqiqət axtarır. İncil hər kəs üçün Allah sevgisi və Allahın həqiqətidir. Müqəddəs Kitab bizə deyir ki, “O istəyir ki, bütün insanlar xilas olub həqiqəti dərk etsinlər” (1 Timoteyə 2:4). Azərbaycan Bibliya Cəmiyyətində məqsədimiz odur ki, hamı bu həqiqəti bilsin və Onun məhəbbətini dadsın.

Müqəddəs Kəlam Jestlərlə…
Siz Müqəddəs Kitabın Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə tərcüməsini aşağıdan izləyə bilərsiniz
Ən Son Xəbərlərimiz
Bibliya Oxumağı gündəlik vərdiş halına gətirmək üçün 5 məsləhət:
Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol. 1 Timoteyə 4:13
Beynəlxalq Bibliya Günü 2023
Azərbaycanda Beynəlxalq Bibliya Günü qeyd olundu. 23 Noyabr 2023 il tarixində Yevangelik Xilaskar Lüteran kilsəsində Azərbaycan Bibliya Cəmiyyətinin təşəbbüsü ilə, Vineyard Azərbaycan Xristian Dini İcmasının təşkilatı dəstəyi ilə Beynəlxalq Bibliya Günü keçirilmişdir. Tədbirdə Respublikanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, kimi dövlət qurumları da iştirak etmişdir.
Kataloqumuz
[instagram-feed feed=1]
